Çox sevirəm bu sözü. Bəlkə də üç hərfə ən böyük məna sıxışdırılıb. Fars mənşəli bu söz “Dost, yoldaş, yardımçı, köməkçi, sevgili” mənalarını verir. Əlbətdə bu sözü kitablardan bu qədər başa düşmək olar. Hər kəs həqiqətən yarın nə olduğunu bilməz. Amma bu gözəl sözü bir hərf ilə tamam dəyişmək də olar. Yara… İnsanların qəlbinə yar olmaq varkən yara olmayın.